"Azərbaycanda malyariya ilə bağlı məsələ ciddi nəzarət altındadır və son illər ərzində malyariyaya yerli yoluxma qeydə alınmayıb".
Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, xaricdə yoluxmuş malyariya xəstəsi Azərbaycanda aşkar olunarsa, bu xəstələrin diaqnostikası və doğru müalicəsinin aparılması üçün ölkəmizdə bütün şərait mövcuddur.
Y.Qarayeva bildirib ki, hazırda birinci növbədə yerli yoluxmanın qarşısının alınması istiqamətində işlər aparılır.
O əlavə edib ki, bunun üçün xüsusilə bataqlıqlara, eləcə də su hövzələrinə diqqət edilməsi son dərəcə vacibdir.
Bizim.Media
- A-
- A
- A+
COP29
18:17 / 03.10.2022
TƏBİB-dən malyariyaya yoluxma ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: TƏBİB-dən malyariyaya yoluxma ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: TƏBİB-dən malyariyaya yoluxma ilə bağlı AÇIQLAMA
97188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.