Ədliyyə Nazirliyi: Azərbaycanda 62 siyasi partiyadan 5-i tam fəaliyyətsizdir – VİDEO

Hazırda oxunan: Ədliyyə Nazirliyi: Azərbaycanda 62 siyasi partiyadan 5-i tam fəaliyyətsizdir – VİDEO

9713

“Hazırda Azərbaycanda 62 siyasi partiya qeydiyyatdadır. Son bir il ərzində 7 partiya dövlət qeydiyyatından keçib. Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Müstəqil Xalq Partiyası, Cumhurriyyət Xalq Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası və Gələcək Azərbaycan Partiyasıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəmiyyətimizdə cəzasızlıq sindromu var – Partiya sədri


Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunan onlayn mətbuat konfransında idarə rəisi bildirib ki, bəzi partiyalar fəaliyyətsizdir. 

“Təəssüf ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyillər.

Onlar siyasi arenada fəaliyyətsizlikdən də savayı, qanunvericiliklə üzərlərinə düşən tələblərə də riayət etmirlər. Yəni qurultaylar keçirmirlər, rəhbər orqanlarını seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. 

Bu partiyalara nümunə kimi Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist Partiyalarını göstərmək olar.”

İlqar Məmmədov bildirib ki, Azərbaycanda fəaliyyətsiz olan 5 partiya var və hazırda bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Anar Rəhimov, Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin