Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə səfər edib.
Bizim.Media xəbər verrb ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb.
Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da Moskvada rəsmi səfərdədir.
Xatırladaq ki, oktyabrın 23-də Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla görüşəcək.
Bizim.Media