Xəbər verdiyimiz kimi, Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçiriblər. Hazırda ölkədə vəziyyət gərgin olaraq qalır.
Bizim.Media xatırladır ki, nümayişçilər 9 ayda ikinci dövlət çevrilişi ediblər.
Xunta başçısı Pol-Anri Sandaoqo Damiba sosial şəbəkədə nümayişçiləri sakitləşməyə çağırıb.
Nümayişçilər isə onun Fransa ilə əlaqəsi olduğunu bildirərək Uaqaduqu şəhərində həmin ölkənin səfirliyini və Bobo-Diulasso şəhərindəki institutunu hədəfə alıblar.
Fransanın Xarici İşlər Nazirliyi dərhal reaksiya verərək səfirliyə qarşı zorakılığı sərt şəkildə pisləyib və həmvətənlərinin təhlükəsizliyinin ölkə üçün prioritet olduğunu bildirib.
Fransa XİN-in sözçüsü qeyd edib ki, bu hücumlar ölkəsinə qarşı dezinformasiya kampaniyası ilə manipulyasiya edilmiş nümayişçilərin hərəkətidir.
Beynəlxalq ictimaiyyət bu çevrilişi pisləyib. ABŞ vəziyyətdən çox narahat olduğunu bildirib və konstitusiya quruluşuna qayıtmağa çağırıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş mətbuata açıqlamasında hakimiyyəti silah gücünə ələ keçirmək cəhdini tənqid edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:06 / 02.10.2022
Beynəlxalq ictimaiyyət Burkina-Fasodakı hərbi çevrilişi pislədi
Hazırda oxunan: Beynəlxalq ictimaiyyət Burkina-Fasodakı hərbi çevrilişi pislədi
Hazırda oxunan: Beynəlxalq ictimaiyyət Burkina-Fasodakı hərbi çevrilişi pislədi
96966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.