Bakı-Sumqayıt elektrik qatarlarında sıxlıq davam edir. Qatarlarda sərnişin sıxlığı daha çox həftəiçi müşahidə edilir.
Bizim.Media xəbər verir ki, yaşanan sıxlığı azaltmaq üçün "Azərbaycan Dəmir Yolları" Sumqayıt- Xırdalan- Baki istiqamətində qatarların hərəkət qrafikində dəyişiklik edib.
"Azərbaycan Dəmir Yolları" QSC- nin mətbuat katibi Natəvan Bayramovanın sözlərinə görə, yeni dərs ilinin başlanmasından bu günədək Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb.
Bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.
QSC-dən o da bildirilib ki, sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media