ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığında deyib ki, Vaşinqton Kiyevin öz əraziləri üzərində nəzarəti bərpa etməyə yardımçı olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
“Dövlət katibi prezident Baydenin ABŞ-ın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə həmişə hörmətlə yanaşacağına dair mesajını bir daha təsdiqləyib. Biz Ukraynanın öz mövqelərini həm hərbi, həm də diplomatik cəhətdən gücləndirməyə, öz ərazilərinə nəzarəti bərpa etməyə kömək edəcəyik”, - deyə ABŞ Departamentinin saytında dərc edilən bəyanatında bildirilir.
Blinken, həmçinin Kuleba ilə ABŞ-ın Kiyevə hərbi yardımı, o cümlədən Vaşinqtonun ayırdığı son 1,1 milyard dollar tranşını müzakirə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:29 / 02.10.2022
ABŞ Ukraynaya işğal olunmuş əraziləri qaytarmağa kömək edəcək
Hazırda oxunan: ABŞ Ukraynaya işğal olunmuş əraziləri qaytarmağa kömək edəcək
Hazırda oxunan: ABŞ Ukraynaya işğal olunmuş əraziləri qaytarmağa kömək edəcək
96958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.