Qum tələbələri də Ayətullaha qarşı çıxdı - “Xamenei müctəhid deyil”  

Hazırda oxunan: Qum tələbələri də Ayətullaha qarşı çıxdı - “Xamenei müctəhid deyil”  

96800

Qum, Məşhəd və Tehranın dini universitetləri və mərkəzlərində təhsil alan tələbələr İran rəhbəri Əli Xameneyi ilə bağlı bəyanat yayıblar.  

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bəyanat müəllifləri İranda etirazçılara qarşı repressiyaları, narazıların öldürülməsini pisləyiblər. Onlar baş verənlərə görə Əli Xameneyinin məsuliyyət daşıdığını deyiblər.  

"Ömrümüzü dini təhsilə sərf edən tələbələr olaraq bildiririk ki, bu qondarma İslam hökumətində nüfuzlu məmurlar və məqam sahiblərinin heç biri müctəhid deyil.

Hökumətin birinci şəxsi cənab Əli Xameneyi mərceyi-təqlid, müctəhid hesab olunmur"- deyə, bəyanatda qeyd olunub. 
Məktubun surətini Əli Xameneyinin Qumda yerləşən ofisinə də göndərdiklərini deyən müəlliflər, bununla yanaşı bütün din xadimlərinə, müctəhidlərə xalqa dəstək vermələri barədə müraciət etdiklərini bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin