Koronavirusa yoluxma sonradan bədəndə gəzən ağrılar yaradır.
Bizim.Media xəbər verir ki, rusiyalı həkim immunoloq Vladimir Bolibok bədənin müxtəlif hissələrində güclü ağrıların ola biləcəyini bildirib.
Həkim deyib ki, bədənə daxil olan virus ən zəif nöqtələrdən zərbəni vurur və orda çox qalır.
Ağrı hissi hələ pandemiyaya qədər insanın orqanizmində problem olan hissələrdə daha çox olur.
Bir xəstədə ağrı kürəyin aşağısında idi. Əvvəllər o sidik kisəsi və pielonefrit xəstəliyindən müalicə alıb.
Koronavirus da məhz həmin hissədən vurub.
Koronavirus burun-ağızdan qan dövranına düşür və ordan bütün orqan, toxumalara keçir. Nəticədə o istəilən nahiyəni, toxumanı, hətta sinirlərin hüceyrələrini zədələyə bilər.
Mədəaltı vəz, öd, bağırsaqla zədələnə bilər, bu da qarında gəzən ağrılarla hiss edilir. Hətta o dərəcədə güclü olur ki, həkimlər appendisitdən şübhələnir. Oynaqlarda problemi olanların qolu, ayağı, dizi ağrıyır.
Ona görə koronavirusdan sonra ağrıların nahiyəsinə görə insan həmin hissələri bir daha müayinə etdirib, əsas səbəbi tapmalıdır və müalicə olunmalıdır. (medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
05:25 / 26.01.2021
Koronavirus keçirənlərin bədənində müxtəlif ağrılar qalır - Səbəb
Hazırda oxunan: Koronavirus keçirənlərin bədənində müxtəlif ağrılar qalır - Səbəb
Hazırda oxunan: Koronavirus keçirənlərin bədənində müxtəlif ağrılar qalır - Səbəb
9680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.