Azərbaycan Prezidenti: "Sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək"

Hazırda oxunan: Azərbaycan Prezidenti: "Sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək"

96715

"Siz tamamilə haqlı qeyd etdiniz ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar".

Bizim.Media xəbər verir ki, bu fikirləri sentyabrın 30-da Sofiyada Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Təşəkkür edirəm, hörmətli cənab Prezident. İlk növbədə, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən gözəl ölkənizdə olmağımdan da çox məmnunam, dəvətə görə təşəkkür edirəm.

Siz tamamilə haqlı qeyd etdiniz ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir.
Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm", - Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin