Xəbər verdiyimiz kimi Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən Azərbaycan bayrağına hörmətsizlik edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda şəxsin ofisdə asılmış bayrağı yerindən çıxararaq mübahisə etdiyi şəxsin üstünə atması əks olunub.
Daxili İşlər Naziliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Bizim.Media-ya açıqlamasında sözügedən videogörüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanıldığını qeyd edib:
“Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bayrağa hörmətsizlik edən şəxsin Bərdə Rayon İcra Hakimiyytinin nümayəndəsi olduğu bildirilir.
Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:54 / 30.09.2022
Bayrağımıza hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşdi - RƏSMİ
Hazırda oxunan: Bayrağımıza hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşdi - RƏSMİ
Hazırda oxunan: Bayrağımıza hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşdi - RƏSMİ
96637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.