Rusiya XİN sözçüsü: “Ermənistanın KTMT təlimlərindən imtina etməsi ölkədəki vəziyyətlə bağlıdır”

Hazırda oxunan: Rusiya XİN sözçüsü: “Ermənistanın KTMT təlimlərindən imtina etməsi ölkədəki vəziyyətlə bağlıdır”

96579

"Bəzi siyasətçilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı tənqidləri əsassızdır və konstruktiv işə töhfə vermir". 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. Məlumata görə, tədbir nazirliyin rəsmi “Twitter” səhifəsindən canlı olaraq yayımlanıb. 

Zaxarova bildirib ki, müəyyən siyasətçilər tərəfindən KTMT-yə qarşı əsassız tənqidlər faydalı deyil və qarşılıqlı məqbul həll yollarının axtarışına heç bir töhfə vermir. 
Zaxarova həmçinin qeyd edib ki, Ermənistan hakimiyyətinin KTMT təlimlərində iştirak etməmək qərarı respublikadakı mövcud vəziyyətlə bağlıdır. 

“İrəvanın Qazaxıstanda KTMT-nin birgə təlimlərində iştirak etmək üçün bu il hərbi kontingent göndərməmək qərarına gəlincə, hesab edirəm ki, bu məsələdə Ermənistan qarşısında duran prioritet vəzifələr, mövcud vəziyyəti nəzərə alsaq, onun silahlı qüvvələridir. Ümumiyyətlə, təşkilat çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyəti səmərəli kimi xarakterizə etmək olar”, - XİN sözçüsü  bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin