Lənkəran məscidində bıçaqlanan axundun durumu AĞIRDIR – TƏBİB  

Hazırda oxunan: Lənkəran məscidində bıçaqlanan axundun durumu AĞIRDIR – TƏBİB  

96480

Xəbər verildiyi kimi, Lənkəran rayonunda məscidlərin birində bıçaqlanma hadisəsi baş verib.  
Lüvəsər kəndinin axundu Taleh Əliyev məscidin həyətində həmin kənd sakini Çingiz Əlizadə tərəfindən şəxsi münasibətlər zəminində olan mübahisə nəticəsində bıçaqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova Bizim.Media-ya bıçaqlanan şəxsin durumunu açıqlayıb:

“1985-ci il təvəllüdlü Lənkəran rayon sakini 29 sentyabr 06.00 radələrində sağ döş qəfəsinin kəsilmiş-deşilmiş, qarın divarının sol saidinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Hazırda xəstənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir”.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəran məscidində DAVA - Axund bıçaqlandı


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin bildirdiyinə görə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə sözügüdən axund Taleh Əliyev İranı təhqir etdiyinə görə bıçaqlanıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin