AŞPA-nın vitse-prezidentləri seçildi

Hazırda oxunan: AŞPA-nın vitse-prezidentləri seçildi

9647

Bu gün qış sessiyasının açılışından sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidentləri seçilib.

Bizim.Media AŞPA-nın rəsmi saytına istinadla xəbər verir ki, 17 deputat vitse-prezident vəzifəsinə bir il müddətinə seçiliblər.

Vitse-prezidentlər illik sessiyanın başlanğıcında seçilir və növbəti sessiyanın açılışına qədər bu postda qalırlar.

Lakin sessiyanın gedişində nümayəndə heyətinin tərkibində dəyişiklik olarsa, vitse-prezident ofisi tərk etməli olur.

Vitse-prezident vəzifəsinə seçilən deputatlar aşağıdakı şəxslərdir:

Jose Badia (Monako), Theodora Bakoyannis (Yunanıstan), Gusty Graas (Lüksemburq), John Howell (Böyük Britaniya), Kimmo Kiljunen (Finlandiya), Irakli Kobakhidze (Gürcüstan), Emanuel Mallia (Malta), Oleksandr Merezhko (Ukrayna), Arkadiusz Mularczyk (Polşa), Miroslava Nemcova (Çexiya), Zsolt Nemeth (Macarıstan), Andreas Nik (Almaniya), Lars Aslan Rasmussen (Danimarka), Pyotr Tolstoy (Rusiya), Nicole Trisse (Fransa), Laima Liucija Andrikiene (Litva) və Ahmet Yildiz (Türkiyə).

İtaliya, Niderland və Moldova nümayəndəlikləri üzrə vitse-prezident vəzifələri boş qalıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin