Ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq

Hazırda oxunan: Ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq

96452

Ölkədə fəaliyyət göstərən ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə tənzimləyici mexanizmlər hazırlanmaqdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Terminaldan bank kartına pul köçürməsinə faiz tutulacaq? - AÇIQLAMA


"Mərkəzi Bank həm nağdsız ödənişlərin genişləndirilməsi, həm onun qanunvericilik bazasının möhkəmləndirilməsi, bazarda rəqabət mühitinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir və bu istiqamətdən biri məhz qanunvericilik bazasının formalaşdırılmasıdır ki, bu da qanunvericilik bazasının tərkibində müvafiq normativ aktların müəyyən olunmasıdır.

Qanunvericilik qüvvəyə mindikdən sonra, artıq ödəniş təşkilatlarının, BOKT-ların, elektron pul təşkilatlarının fəaliyyəti, vasitəçilik xidmətləri tənzimlənəcək. Təbii ki, bu fəaliyyət icazə verilən, lisenziyalanan fəaliyyət olacaq və onların tənzimlənməsi çərçivəsində, onlara qarşı texnoloji təhlükəsizlik, normayaratma tədbirləri qoyulacaq ", - deyə Fərid Osmanov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin