Macarıstanda sərhədə yaxın Assothalom qəsəbəsinin bələdiyyə sədri Laszlo Toroczkai hazırladığı video kliplə qaçqınlara səslənib.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, təhdid dolu videoda Toroczkai sərt bir səs tonuyla "Macarıstan səhv seçimdir. Assothalom isə ən səhvidir" deyir.
Macarıstanın Serbiya sərhədinə yaxın Assothalom qəsəbəsinin bələdiyyə sədri Laszlo Toroczkai iki dəqiqəlik videoda qaçqınlara "istənmədikləri" mesajını verir.
Russia Today 'James Bond filmlərində görməyə adət etdiyimiz səhnələri' ehtiva etdiyini bildirən videoda, Toroczakai, "15 sentyabrdan etibarən Macarıstana qeyri-qanuni olaraq girmək günahdır. Bu gündən etibarən Macarıstan sərhədləri tel hörgü, minlərlə polis və Macarıstan ordusuyla qorunur" sözlərini deyir.
Daha sonra bir xəritə üzərində Serbiya və ya Xorvatiyadan keçərək Almaniyaya çatmağın daha asan olduğunu göstərən Toroczakai, Serbiyadan keçən yolun dağlıq olduğunu hesaba qatmır.



























































































