AŞPA-da ermənilərin təklifi rədd edildi

Hazırda oxunan: AŞPA-da ermənilərin təklifi rədd edildi

9642

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib.

Bizim.Media-nın məlumatına görə, bu gün AŞPA-da erməni deputatlar “erməni hərbi əsirlərin ölkəyə qaytarılmasının təxirə salınması" məsələsinin qış sessiyasında müzakirə edilməsini təklif ediblər.

Ancaq erməni deputatların təklifi rədd edilib. 

Qeyd edək ki, qış sessiyası çərçivəsində təklif edilən debat mövzulardan yalnız ikisi qəbul olunub.

Bunlar Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi və böyük texnologiya şirkətləri tərəfindən təhdid altında olan ifadə azadlığı mövzularıdır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin