Azad Rəhimovun səhhəti nə yerdədir? – Nazirlikdən açıqlama

Hazırda oxunan: Azad Rəhimovun səhhəti nə yerdədir? – Nazirlikdən açıqlama

9634

“Gənclər və İdman naziri Azad Rəhimov hazırda müalicə alır. Hər şey danışılan kimi təhlükəli deyil”.

Bu fikirləri Bizim.Media-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azad Rəhimovun komaya düşməsi xəbəri təkzib edildi


“Cənab nazir özü də bildirdi ki, doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğuldur. Səhhətinin qaydasında olduğunu dedi. Daha bu mövzunu jurnalistlərin uzatmasının nə mənası var?”.

Xatırladaq ki, Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb.

Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüdüyü deyilir. Hazırda nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin