“Anar olmasa, AYB də olmayacaq” – Yazıçılardan etiraz dolu BƏYANATLAR

Hazırda oxunan: “Anar olmasa, AYB də olmayacaq” – Yazıçılardan etiraz dolu BƏYANATLAR

96310

Azərbaycan Yazıçılar Birliyinin l katibi Çingiz Abdullayev bu günlərdə açılama verib ki, AYB-nin qurultayının 6 oktyabrda olacağı ilə bağlı yayılan fikirlər düzgün deyil.

“Həm də Anar müəllimin 1987-ci ildə sədr seçildiyini yazırlar, bu da, yanlışdır. O, 1991-ci ildə sədr seçilib. Yazıçılar Birliyinin sədri yalnız Anar ola bilər".

Xalq yazıçısının bu fikirləri yazarlar tərəfindən birmənalı qarşılanmayıb. AYB-nin üzvü, şair Ayaz Arabaçı Bizim.Media-ya bildirib ki, bu Çingiz Abdullayevin şəxsi fikridir. 

“Mənim də fikrim odur ki, azad seçki olmalıdır. Və hər kəs azad şəkildə öz namizədliyini verməlidir və yaxud hansısa namizədi müdafiə etməlidir. Anar uzun illərdir ki, Yazıçılar Birliyinin sədridir. Yaşı, səhəti imkan vermir ki, o normal işləsin. O gedib dincəlməlidir. Mən azad rəqabətin tərəfdarıyam. Və Anara da layiqli alternativlər var. Bu cür çıxışlarda daha çox yaltaqlıq elementləri var. Bunlar da xoşagəlməz şeylərdir. Mən şəxsən Anarı sevməyən adam deyiləm. Amma düşünürəm ki, hər şeyi demokratik seçki həll etməlidir, kimlərsə yox”.

Tanınmış yazıçı Azad Qaradərəli isə məsələyə çox kəskin münasibət bildirdi:

“Ümumiyyətlə, bu təşkilat niyə yaşayır bilmirəm?! Bu Sovetlərdən miras qalan bir qurumdur. Mənim şəxsi qənaətim budur ki, Yazıçılar Birliyi ləğv olunmalıdır. Keçmis Sovet respublikalarından başqa heç bir ölkə də büdcədən maliyyələşən belə bir institut yoxdur. Bu qurumun mayası xarabdır. 30-cu illərdən başlayaraq Azərbaycan xalqının ən qiymətli yazarları bu qurumun başında duranların əli ilə güllələnib, Sibirə sürgün edilib. Bir sözlə bu qurumun əli Azərbaycan ziyalısının qanına batıb. Ona görə də AYB ləğv olunmalıdır”.

Yazıçı onu da əlavə edib ki, əslində, çoxlarında belə fikir var ki, bu qurumu Anara görə yaşadırlar:

“Anar nə zaman dünyasını dəyişsə onda AYB-də ləğv olunacaq. Ona görə də qurultayı tez-tez təxirə salırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin