Vətən müharibəsinin 3-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO

Hazırda oxunan: Vətən müharibəsinin 3-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO

96305

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin 3-cü gününün xronikasını təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Vətən Müharibəsinin 2-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO 


- Səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib. Saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha dörd tankı vurulub.

Düşmənin Xocavənd rayonu ərazisində yerləşdirdiyi 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

- Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

- Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Vətən müharibəsi ilə bağlı sualları cavablandırıb.

- Baş Prokurorluq düşmənin dinc əhalini atəşə tutması nəticəsində 12 mülki şəxsin həlak olması, 35 nəfərin xəsarət alması ilə bağlı məlumat yayıb.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin