Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkənin istirahət mərkəzlərinin birində çalışmağa başlayıb.
Bizim.Media "Hraparak" qəzetinə istinadən xəbər verir ki, Mnatsakanyan Enokavan bölgəsində yerləşən “Apaga Resort” istirahət kompleksində menecer işləyir.
Jurnalistlər keçmiş nazirlə əlaqə yaratmağa çalışsa da, buna nail olmayıblar. Nazirin yeni işi ilə bağlı məlumatlar ölkə mediasında marağa səbəb olub.
Xatırladaq ki, 56 yaşlı Zöhrab Mnatsakanyan 2018-2020-ci illərdə Ermənistanın xarici işlər naziri olub.
Bizim.Media
- A-
- A
- A+
Region
15:36 / 28.09.2022
Ermənistanın keçmiş XİN rəhbəri menecerliyə başlayıb
Hazırda oxunan: Ermənistanın keçmiş XİN rəhbəri menecerliyə başlayıb
Hazırda oxunan: Ermənistanın keçmiş XİN rəhbəri menecerliyə başlayıb
96287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.