İranda etirazçıları güllələyən snayperçilərə qəti göstəriş verildi: “Dərhal vurun!! - VİDEO

Hazırda oxunan: İranda etirazçıları güllələyən snayperçilərə qəti göstəriş verildi: “Dərhal vurun!! - VİDEO

96251

İranda bir neçə gün öncə Məhsa Əmini adlı 22 yaşlı qızın qətlə yetirilməsi nəticəsində ölkə miqyasında etiraz aksiyaları keçirilir.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Kərəc şəhərinin Məlard qəsəbəsində baş tutan kütləvi etiraz aksiyasında nümayişçiləri dağıdan xüsusi təyinatlı qüvvələrin komandanı insanları vahiməyə salmaq üçün küçələri gəzərək səsgücləndirici ilə snayperçilərə ciddi göstəriş verib.

O, göstərişində “Kim evdən çölə çıxarsa, dərhal vurun!” - deyə qeyd edib.

Xatırladaq ki, Məhsa Əmini hicab bəhanəsi ilə "Əxlaq" polisi tərəfindən qətlə yetirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin