“Rusiya ilə sərhədlər buna görə qabaqcadan bağlanıb” – Çingiz Qənizadənin AÇIQLAMASI

Hazırda oxunan: “Rusiya ilə sərhədlər buna görə qabaqcadan bağlanıb” – Çingiz Qənizadənin AÇIQLAMASI

96247

Rusiyada elan edilmiş qismən hərbi səfərbərliklə əlaqədar bu ölkədən qonşu dövlətlərə kütləvi axın başlayıb. Hazırda Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Artıq məlum qərardan sonra onların az da olsa müəyyən hissəsi ölkəmizə qayıdır. 

Bəs, həmin şəxslər Rusiya dövlətinin müraciəti əsasında saxlanılıb gəldikləri ölkəyə geri qaytarıla bilərmi? 

Məsələ ilə bağlı hüquqşünas Çingiz Qənizadə ilə həmsöhbət olduq.

O, Bizim.Media-ya açıqlamsında bildirdi ki, əvvəllər Azərbaycan vətəndaşı olub, sonra Rusiya vətəndaşlığı almış şəxslərin geri qaytarılması vətəndaşın istəyinə uyğun şəkildə həll edilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Gürcüstan sərhədində fövqəladə vəziyyət tətbiq oluna bilər


“Baxmayaraq ki, Rusiya ilə aramızda müəyyən hüquqi müqavilələr var. Bununla belə soy kökü azərbaycanlı olan və indiki vəziyyətdə Azərbaycana sığınan ixtiyari vətəndaşın geri qaytarılması istənilən halda məqsədəmüvafiq deyil. Amma bir şey də var ki, indiki vəziyyətdə hansısa Rusiya vətəndaşı Azərbaycandan siyasi sığınacaq istəyə bilər. Bu cür müraciətlər təbii ki, beynəlxalq hüquq normalarına uyğun həll ediləcəkdir”.

Çingiz Qənizadə onu da əlavə etdi ki, indiki halda ölkəmizə azərbaycanlıların kütləvi qayıdışı gözlənilmir:  

“Qazaxıstana minlərlə adam gedə bilər, Azərbaycana isə ola bilsin ki, 50-100 nəfər gəlsin ki, bu da ciddi rəqəm deyil. Mən bir şeyi də qeyd edim ki, sərhədlərimizin bağlı olmasından sonra zaman göstərdi ki, cənab Prezident haqlı olaraq sərhədlərin bağlı qalmasını lazım bilib. Mən belə hesab edirəm ki, sərhədlərin qapalı qalmasının arxasında hansısa bir uzaqgörən siyasət var idi. Baxın baş verənlərə, Ukrayna-Rusiya savaşı başlandı, daha sonra isə səfərbərlik məsələsi gündəmə gəldi, daha nələr olacaq, Allah bilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin