Dəniz sahilinin təmizlənməsi üzrə ekoloji aksiya keçirilib – FOTO

Hazırda oxunan: Dəniz sahilinin təmizlənməsi üzrə ekoloji aksiya keçirilib – FOTO

96186

Çimərlik mövsümünün bitməsi münasibətilə “McDonald’s Azərbaycan” şirkətinin əməkdaşları çimərliklərin təmizlənməsi üzrə ekoloji aksiya keçiriblər. Aksiya çərçivəsində sahil, bu ilin çimərlik mövsümündən sonra qalmış zibildən və məişət tullantılarından təmizlənib.

Bizim.Media xəbər verir ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə sentyabrın 23-də keçirilib.

Dübəndi qəsəbəsində baş tutmuş aksiyada “McDonald’s Azərbaycan” şirkətinin 40-dan çox əməkdaşı iştirak edib.

Zəruri sanitar ləvazimatlarla təmin edilmiş şirkət əməkdaşları aksiya çərçivəsində sahildən toplanmış tullantıların çeşidlənməsini həyata keçiriblər. Toplanmış zibil daha sonra “Təmiz Şəhər” ASC-in nümayəndələrinə təqdim edilib. Cəmiyyət bərk məişət tullantılarının sonrakı çeşidlənməsini və emalını həyata keçirəcək. 
Bu təşəbbüs dünyanın bütün ölkələrini əhatə edən ekoloji problemlə mübarizədə böyük əhəmiyyət kəsb edir. Bu, təkcə plastik tullantıların ciddi təhlükə törətdiyi quşlara və dəniz canlılarına qayğı demək deyil, bu həm də ümumilikdə ətraf mühitin və konkret olaraq çimərliklərin abadlaşdırılmasına yönəlmiş addımdır. 

Həqiqət bundadır ki, biz artıq bu gün sabahımızı qururuq. Bu isə o deməkdir ki, təbiətin təmizliyinin qayğısına qalmaqla, son nəticədə, öz qayğımıza qalmış oluruq.

Təsadüfi deyil ki, bu cür aksiyalar 1978-ci ildən etibarən bütün dünyada keçirilir. Həmin vaxt BMT tərəfindən sentyabrın sonuncu həftəsinin Beynəlxalq Dəniz Günü olaraq qeyd olunması barədə qərar qəbul edib. 
Qeyd edək ki, bu cür aksiyaların keçirilməsi korporativ sosial məsuliyyət məsələsinə xüsusi diqqət ayıran “McDonald’s Azərbaycan” şirkətinin siyasətinin bir parçasıdır.

“McDonald’s”ın təmsil olunduğu bütün şəhərlərdə ətraf mühitin qayğısına qalmaq və cəmiyyətin həyatında fəal iştirak etmək şirkətin biznesinin dayanıqlı inkişafının əsasını təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin