Azərbaycanda güclü zəlzələ gözlənilirmi? – Şahbuzda təhlükə var!

Hazırda oxunan: Azərbaycanda güclü zəlzələ gözlənilirmi? – Şahbuzda təhlükə var!

9618

Son günlər Azərbaycan ərazisində palçıq vulkanlarının aktivləşməsi zəlzələ ocaqları ilə də əlaqəli ola bilər.

Mütəxəssislər fikirləşir ki, palçıq vulkanları həm də zəlzələlərin yaratdığı qazın Yerin tərkindən xilas olmasıdır.

Baş seysmoloq Qurban Yetirmişli Bizim.Media-ya açıqlamasında bildirib ki, dekabr ayından bu günə kimi 30-40 zəlzələ müşahidə olunub: “Düzdür, onların balı çox zəif qeydə alınıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda 27 min kubmetr vulkan məhsulu 3 hektar əraziyə yayılıb


“Ölkə ərazisində dağıdıcı zəlzələlər gözlənilirmi?” sualına isə baş seysmoloq belə cavab verib:

“Bildiyiniz kimi, zəlzələ Şahbuzda oldu. Yerin daxilində nəfəsalmaya bənzər hərəkətlər var. Orda böyük piltələr parçalanır.

Torpağın altında həm şaquli, həm də horizontal hərəkətlər var, bloklar arasında tektonik qırılmalar da olur.

Birinin hərəkəti öndə olandan böyükdür. Müəyyən bir dövrdə sıxılmalar müşahidə edilir. Bu zaman böyük parçalanma baş verir və güclü enerji dalğası yaranır.

Hazırda bizim  institutun əməkdaşları vulkan püskürən ərazidədirlər. Və hansısa zəlzələnin bu vulkanın püskürməsinə səbəb olduğu araşdırılır”.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin