“Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu olmasa, birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin”.
Bizim.Media bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 105-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2020-ci il avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videobağlantı formatında müşavirədə söylədiyi nitqindən götürülüb.
Çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin iyul-sentyabr aylarını əhatə edir.
Yeni kitabda Prezident İlham Əliyevin Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar, Türkiyə Silahı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və yüksək rütbəli hərbi nümayəndə heyətinin digər üzvləri ilə görüşünə dair materiallar toplanıb.
Dövlətimizin başçısı nümayəndə heyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.
Həmçinin Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə toxunulub.
Bu cilddə, BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilmiş yüksək səviyyəli iclasda Prezident İlham Əliyevin həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Respublikasının Prezidenti kimi videoformatda çıxışının mətni də yer alıb.
Nəşrə dövlətimizin başçısının Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşfi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakının erməni və bolşevik işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti ilə telefon danışığı haqqında informasiya daxil edilib.
"Azərnəşr" tərəfindən buraxılan 105-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
İltifat, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:16 / 25.01.2021
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 105-ci kitabı çapdan çıxdı
Hazırda oxunan: "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 105-ci kitabı çapdan çıxdı
Hazırda oxunan: "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 105-ci kitabı çapdan çıxdı
9615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.