"Siyasi partiyalar haqqında" qanuna TƏKLİFLƏR edilir - Sorğu aparılacaq  

Hazırda oxunan: "Siyasi partiyalar haqqında" qanuna TƏKLİFLƏR edilir - Sorğu aparılacaq  

96116

Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olmaqdadır və qanun layihəsi üzərində iş davam edir.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb. Prosesin gedişi haqqında əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin