İranda keçirilən etiraz aksiyaları fonunda "Instagram" sosial media platforması bağlana bilər.
Bizim.Media xəbər verir ki, SEPAH-a bağlı "Fars" xəbər ajansı "Instagram" sosial şəbəkəsinin İranda bloklanmasina çağırış edib.
Qeyd edək ki, bir neçə gün öncə 22 yaşlı Məhsa Əmini adlı gəncin "Əxlaq" polisi tərəfindən qətlə yetirilməsi nəticəsində ölkə miqyasında etiraz aksiyaları keçirilir. Aksiyalarda hökumət qüvvələri tərəfindən 76 nəfər öldürülüb.
Bizim.Media