2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən Müharibəsinin sentyabrın 28-nə olan xronikasını təqdim edirik:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qismən səfərbərlik elan olunub.
- Bu xəbərdən sonra torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılmaq istəyən minlərlə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin müvafiq şöbələrinə üz tutublar.
- BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.
- Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsinin məhv edildiyi barədə məlumat yayıb.
- Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.
- Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
- Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 28.09.2022
Vətən Müharibəsinin 2-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO
Hazırda oxunan: Vətən Müharibəsinin 2-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO
Hazırda oxunan: Vətən Müharibəsinin 2-ci günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO
96091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.