Prezident İranla birgə reallaşdırılacaq layihələrdən danışdı

Hazırda oxunan: Prezident İranla birgə reallaşdırılacaq layihələrdən danışdı

9606

''Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub''.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidneti İlham Əliyev  İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən belə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İran XİN rəhbərini qəbul edib - TAM MƏTN


Prezident  bildirib ki, regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar,  özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır:

''Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır.

Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik.

Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir.

Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin