İranda hökumət qüvvələri etirazçılara atəş açdı - VİDEO 

Hazırda oxunan: İranda hökumət qüvvələri etirazçılara atəş açdı - VİDEO 

96038

Ötən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən qəzəblənən xalq küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirir və ölkə rəhbərliyinin zülmünə qarşı “ölüm olsun diktatora” kimi kəskin şüarlar səsləndirir.

Bizim.Media xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu günədək kütləvi nümayişlər zamanı 76 dinc etirazçının repressiz qüvvələr tərəfindən öldürüldüyü bildirilir. 

Sosial şəbəkələrdə yayılan videogörüntüyə əsasən, Tehranda keçirilən son etirazlarda polis və xüsusitəyinatlı qüvvələrə birbaşa atəş açıb. Hadisə zamanı ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin