Rus kəfiyyatı 2020 olimpiya oyunlarına müdaxilə edib

Hazırda oxunan: Rus kəfiyyatı 2020 olimpiya oyunlarına müdaxilə edib

Özət:



CNN-in verdiyi məlumata görə, Britaniya höküməti Rusiyanı 2020 Olimpiyadasının planlaşdırılmasına iştirak edən şəxslərə və təşkilatlara qarşı kiber hücum həyata keçirməkdə ittiham edir. Xatırladaq ki, 2020-ci ilin iyulunda Tokioda keçirilməsi planlaşdırılan olimpiyada pandemiya ilə əlaqədar təxirə salınmışdı.
Britaniya höküməti Rusiyanın eyni zamanda 2018-ci ildə Cənubi Koreyeda keçirilən Qış olimpiya və Paralimpiya oyunlarına da kiber müdaxilə etdiyini qeyd edib. Xatırladaq ki, rus xakerlər 2016-cı ildə Rioda keçirilən olimpiaydada Dünya Anti-Dopinq Agentliyinin hesablarını sındırmış və bir sıra Amerikan idmançıların şəxsi məlumatlarının əldə etmişdi.
Hökümət rəsmiləri Rus xakerlərin zərərli proqramlardan istifadə etməklə fərqli ölkələrə qarşı kiber hücumlar təşkil etdiklərini və 1 milyard dollar dəyərində zərər vurduqlarını də əlavə ediblər. ABŞ Ədliyyə nazirliyi də öz növbəsində 6 rus zabitini kiber hücümları təşkil etmək və idarə etməklə ittiham edir. Hədəf ölkələr arasında keçmiş Sovet respublikalarının yer alması isə xüsusilə diqqət çəkir. 
Bizim Media

960
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin