Psixomatika üzrə mütəxəssis və osteopat Vadim Sancarov təzyiq xəstəliyinin psixi emosional səbəbindən danışıb.
Bizim.Media medicina.az-a istinadən xəbər verir ki, hər bir xəstəliyin kökündə fiziki problemlərlə yanaşı psixosomatik səbəblər də var.
"Əgər sizin təzyiqiniz qalxıbsa, siz bəzi psixoloji vəziyyətlərdə və daxili dialoqdasız:
"Mən nəyisə düz etmədim. Mən nəyisə düzəltməliyəm.
Mən yolumu itirmişəm. Mən bilmirəm nə seçim? Mən təhlükəsiz hiss etmirəm".
Adətən hipertoniyanın kökündə gücsüzlük dayanır.
Məsələn, insan çətin həyat durumuna seçim qarşısına düşür, ordan yol tapa bilmir. Özünü günahlandıran, çarəsiz halında təzyiq yaranır.
Əgər insan realizə üçün enerji tapmırsa o təzyiqə transfarmasiya olur.
Eləcə də təzyiqi keçmişdə bağlanmayan, unudulmayan küskünlük, acı, məyusluq, uduzmaq hissi, günahlar qaldırır.
Öz-özünü içindən didib dağıdanların xəstəliyidir təzyiq.
Aşağı təzyiq - hipotoniyada insan çətinliklər qarşısında təslim olandır. Onların daxili resursu çox azdır.
Hər iki təzyiqin kökündə düzgün yaşanmamış, basdırılmış hisslər durur.
Hara gedim, nə edim deməklə təzyiq qazanırıq.
Ona görə də bu xəstəlik sağalmır, sadəcə izlənilir.
Belə xəstələr mütləq psixoloqla da işləməlidir.
Bizim.Media
- A-
- A
- A+
COP29
07:29 / 27.09.2022
Yuxarı və aşağı təzyiqin psixosomatikası - Hansı emosiyalardan yaranır?
Hazırda oxunan: Yuxarı və aşağı təzyiqin psixosomatikası - Hansı emosiyalardan yaranır?
Hazırda oxunan: Yuxarı və aşağı təzyiqin psixosomatikası - Hansı emosiyalardan yaranır?
95952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.