Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Strasburq şəhərində rəsmi səfərdədir.
Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman aparatının məlumatında bildirilib.
Bildirilib ki, səfər çərçivəsində Ombudsman Avropa Şurasının Baş katibi Mariya Buriç ilə görüş keçirib.
Görüş zamanı S.Əliyeva bu il Azərbaycanda Ombudsman Aparatının 20 illiyinin qeyd olunduğunu xatırladaraq, bu illər ərzində Avropa Şurası ilə əməkdaşlıqda həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına töhfə verdiyini qeyd edib.
Çıxış zamanı Ombudsmanın Aparatının və regional mərkəzlərinin işinin təkmilləşdirilməsi istiqamətində son illərdə aparılmış islahatlar da nəzərə çatdırılıb.
Daha sonra Ombudsman 30 ilə yaxın müddətdə ölkəmizin Ermənistan tərəfindən məruz qaldığı təcavüz siyasəti, o cümlədən məcburi köçkünlərimizin pozulmuş hüquqları, həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 azərbaycanlının taleyinin bugünədək naməlum olmasından danışıb.
Bundan başqa, M.Buriç Ermənistanın işğal dövründə minaladığı ərazilərimiz, bu baxımdan məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün yaranan çətinliklər, mina partlayışlarının səbəb olduğu insan tələfatı barədə də məlumatlandırılıb.
Azərbaycan Ombudsmanı görüşdə Ermənistanın törətdiyi son təxribatların çoxsaylı insan tələfatına səbəb olduğunu, bu kimi halların regionda ədalətli və dayanıqlı sülhə maneə yaratdığını da diqqətə çatdırıb.
Görüş əsnasında tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:23 / 26.09.2022
Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb
Hazırda oxunan: Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb
Hazırda oxunan: Ombudsman Avropa Şurasının Baş katibi ilə görüşüb
95923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.