Türkiyə XİN-ə çağırılan Yunanıstanın Ankaradakı səfirinə Midilli və Saqqız adalarına yerləşdirilən ABŞ-nin zirehli texnikasını geri çəkməsi tələb olunub.
Bizim.Media “haber global”a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılan Yunanıstanın Ankaradakı səfirindən adalardakı qanun pozuntularına son qoyulması və qeyri-hərbi statusun bərpası tələb olunub.
Daha sonra Ərdoğan “kiminsə ətəyi altında gizlənməklə nə azadlıq, nə inkişaf, nə də şərəfli duruş ola bilməz”-deyə Yunanıstana etiraz notası verib.
"Yaxından izlədiyimiz Yunanıstana qarşı əlimizdə olan bütün vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik. Nə o hərbi güclənmələr, nə də o siyasi və iqtisadi dəstəklər Yunanıstanı bizim səviyyəmizə çatdırmaq üçün kifayət deyil, lakin Yunanıstanı bataqlığa sürükləmək üçün kifayətdir", - Ərdoğan çıxışında bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:48 / 26.09.2022
Türkiyədən ABŞ və Yunanıstana NOTA
Hazırda oxunan: Türkiyədən ABŞ və Yunanıstana NOTA
Hazırda oxunan: Türkiyədən ABŞ və Yunanıstana NOTA
95914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.