Rusiyadakı terror hadisələrində ERMƏNİ İZİ - Armen Qriqoryan təcili Vaşinqtona niyə çağırılıb?

Hazırda oxunan: Rusiyadakı terror hadisələrində ERMƏNİ İZİ - Armen Qriqoryan təcili Vaşinqtona niyə çağırılıb?

95830

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Vaşinqtona gedir. Bu Ermənistan rəsmilərinin Pelosinin İrəvana səfərindən sonra intensivləşən Qərb turnelərindən biri kimi özünü biruzə verir. Səfər çərçivəsində Qriqoryanın bir sıra işgüzar görüşlər keçirəcəyi planlaşdırıb. 

Qeyd edək ki, Təhlükəsizlik Şurasının katibi Ermənistanın baş naziri Nikol Paşinyanı Nyu Yorka səfəri zamanı BMT Baş Assambleyasının sessiyasında müşayiət edib. 

Ümumiyyətlə, son zamanlar ABŞ-ın Ermənistana olan marağı daha da artıb. Dünya miqyasında gərginliyin artması fonunda iki ölkə arasında təmaslar nədən xəbər verir?

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev düşünür ki, Qriqoryanın Vaşinqtona bu səfəri Rusiyaya qarşı həyata keçiriləcək təxribatlar planını birgə işləyib hazırlamaq məqsədi daşıyır:

“ABŞ bir işlər çevirir. Vaşinqton çalışır ki, Rusiyanı Qafqazdan vurub çıxarsın. Ermənistan isə artıq ABŞ-ın hüzurundadır. Ona görə də ayrı cür hərəkət edə bilmir. Çünki Paşinyanı hakimiyyətə Soros gətirdiyindən o da birmənalı şəkildə ABŞ-ın maraqlarına xidmət etməlidir.
ABŞ ondan Rusya ilə münasibətləri tamamilə dəyişdirməyi tələb edir. Onun nəticəsidir ki, Paşinyan BMT Baş Assambleyasında çıxışında KTMT-ni yararsız qurum kimi dəyərləndirdi. Görünən odur ki, ABŞ Ermənistanın əli ilə Rusiyanın Qafqazdan çıxarmaq istəyir. ABŞ bu fonda Ermənistan-Azərbaycan və Ermənistan-İran sərhədinə sülhməramlı adı ilə öz hərbisini yeritmək niyyətindədir”.

Həmsöhbətimiz bildirir ki, Rusiyada baş verən son terror hadisələrində də erməni izi var:

“Rusiyada isə vəziyyət kifayət qədər qarışıb. Ust-İlimskdə hərbi kommisar güllələnib. Digər bir yerdə məktəbə hücum olub, 11 nəfər birinci sinif şagirdləri güllələnib. Düşünürəm ki, bu hadisələrdə də erməni barmağı var.

Qriqoryan da məhz Rusiya daxilində baş verən bu qarmaqırışıqlıqları daha da şiddətləndirməkdən ötrü yeni tapşırıqlar almaq üçün Vaşinqtondadır. Azərbaycana qarşı da təxribatlar ola bilər. Vaşinqton çalışır ki, Azərbaycan-Ermənistan qarşıdurmasından öz marağına uyğun istifadə etsin.
Belədə, Qriqoryanın bu səfəri fonunda Ermənistan yenidən sərhəddə təxribat törədəcək ki, Azərbaycan cavab zərbəsilə erməniləri zərərsizləşdirsin, İrəvan da bundan istifadə edərək sərhədlərin təhlükəsizliyi bəhanəsilə ABŞ-a müraciət etsin. Görünən hadisələr buna aparır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin