İqbal Ağazadə ADP-nin boykot qərarından danışdı

Hazırda oxunan: İqbal Ağazadə ADP-nin boykot qərarından danışdı

95826
“Mən ADP-ni də, digərlərini də başa düşürəm. Ancaq biz parlament seçkilərində iştirakın tərəfdarıyıq”x9d.

 

Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə “Qarabağ”x9d blokundakı müttəfiqi Azərbaycan Demokrat Partiyasının (ADP) parlament seçkilərində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.

 

İ. Ağazadə ADP-nin qərarına hörmətlə yanaşdığını deyib: “Hər bir siyasi partiya qərar qəbul etməkdə müstəqildir. Ancaq biz istənilən halda seçkilərdə iştirakın tərəfdarıyıq. Əsas odur ki, seçici ilə təması kəsməyəsən, mesajlarını verə biləsən”x9d.

 

O qeyd edib ki, Azərbaycan müxalifəti üçün heç bir dönəmdə məqbul yol olmayıb: “Tarixə diqqət etsək, görərik ki, bu il keçiriləcək parlament seçkiləri, ötən seçkilərlə eyni mənzərə təşkil edir. Belə niyə 2010-cu ildə iştirak edirdik? Təkcə ATƏT müşahidə edirdi, ona görəmi? Əlbəttə ki, yox. Buna görə də Ümid Partiyası seçkilərdə mütləq iştirak edəcək”x9d.

 

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin