“COVID-19 insanın bütün orqanlarına, həmçinin gözlərə də təsir edir. 20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə bildirib.
O bildirib ki, statistikaya görə, COVID-19-la əlaqədar reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdə birində göz patologiyaları müşahidə edilir:
“Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi. Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr 1-3 ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər.
Həmçinin bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görməni zəifləməsi müşahidə oluna biliər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur”.
Bizim.Media
- A-
- A
- A+
COP29
12:20 / 26.09.2022
Pandemiyada bunlara xüsusi DİQQƏT YETİRİLMƏLİDİR – NAZİRLİK
Hazırda oxunan: Pandemiyada bunlara xüsusi DİQQƏT YETİRİLMƏLİDİR – NAZİRLİK
Hazırda oxunan: Pandemiyada bunlara xüsusi DİQQƏT YETİRİLMƏLİDİR – NAZİRLİK
95797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.