Şuşada keçirilən şahmat turnirinin bağlanış mərasimi oldu

Hazırda oxunan: Şuşada keçirilən şahmat turnirinin bağlanış mərasimi oldu

95769

Şuşa şəhərində keçirilən “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin bağlanış mərasimi olub.

Bizim.Media xəbər verir ki, sentyabrın 21-dən start götürən turnir iki kateqoriyada - kişilər və qadınlar arasında keçirilib.

Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıb. Kişilər arasında 26 xalla Şəhriyar Məmmədyarov qalib olub.

Qadınların yarışında isə gürcü şahmatçısı Meri Arabidze 24 xalla birinci yeri tutub. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, SOCAR-ın baş sponsorluğu ilə keçirilən turnirə "Azərbaycan Beynəlxalq Bankı" və “Azərxalça” da dəstək verib.

Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilmiş ilk beynəlxalq şahmat turniri idi.
Turnir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin