“İranda təkcə hakimiyyət deyil, sistem də dəyişə bilər” - POLİTOLOQ

Hazırda oxunan: “İranda təkcə hakimiyyət deyil, sistem də dəyişə bilər” - POLİTOLOQ

95750

Tehranda 22 yaşlı gənc Məhsa Əminin geyim qaydalarına əməl etmədiyi səbəbi ilə ilk növbədə saxlanıldıqdan sonra “Əxlaq Təhlükəsizlik Polisi” tərəfindən öldürülməsindən 10 gün keçir. Dünən isə 20 yaşlı gənc Hədis Nəcəfi rejim qüvvələri tərəfindən 6 güllə yarası alaraq ölüb.

Bizim.Media xəbər verir ki, Ölənlərin sayı 50-ni keçib, kütləvi etiraz aksiyaları isə artmaqda davam edir.

“Hadisələrin davamlılığı və gün keçdikcə alovlanması müəyyən hadisələrin xəbərçisi ola bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

İranda Xomeyni və Xameneyinin bannerlərinə od vuruldu - VİDEO


İranda hakimiyyət dəyişikliyi mümkündürmü?

Politoloq Tural İsmayılov bildirir ki, İran tarixində daimi inqilablar olduğu üçün, növbəti bu tip hərəkatlanmalar, xalqın bu cür ayağa qalxmağı rejim dəyişikliyi ilə nəticələnə bilər.

“Ən azından nəzərə almaq lazımdır ki, İran bu gün insan hüquqlarının və demokratiyanın bərbad vəziyyətinə görə siyahıda ön sıralarda dayanan ölkələrdən biridir. İranda idaretmə sırf ideoloji təbliğata kökləndiyi üçün Tehranın heç bir qonşu ölkə ilə münasibətləri normal səviyyədə deyil. Daim gərginlik, münaqişə, xarici düşmən yaratmaq missiyası, ölkədaxilində sosial islahatların aparılmamağı, eyni zamanda iqtisadi dayanıqlılığın kifayət qədər həssas olmağı da əhalinin kütləvi səviyyədə yoxsullaşmağı da proseslərin bu səviyyəyə çatmasına səbəb olub”.

Ekspert qeyd edir ki, insanları məcburi şəkildə nəyəsə təhrik etmək, zorla hansısa qanunlara məhkum eləmək bir gün ajiotaj yaradacaqdı.

Əgər İranda hər hansı dəyişiklik olarsa, bu İran-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?

Tural İsmayılov bildirir ki, aksiyalar təkcə hakimiyyət dəyişikliyi ilə deyil bütün sistemin də çökməsinə səbəb ola bilər.
Belə bir haqlda ölkəmizlə bəzi uzlaşmaların da təmin edilməsi mümkündür:

“Bildiyimiz kimi Azərbaycan bütün qonşularla münasibəti yüksək səviyyədə saxlayır və qoruyur, həmçinin İrana hər zaman səmimi duruş nümayiş etdirib. Klassik fars millətçilik diskursu ilə işləyən qüvvələr yenidən hakimiyyətə gəlsələr, ola bilər ki, ümumcoğrafiya üzrə gərginlik aktual olaraq qalsın. Azərbaycan və Türkiyə ilə səmimi qonşuluq siyasəti aparıldığı təqdirdə isə adekvat olaraq münasibətimiz formalaşacağından əminəm”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin