Erməni cinayətləri barədə 70-ə yaxın dövlətin ədliyyə orqanlarına müraciət göndərilib

Hazırda oxunan: Erməni cinayətləri barədə 70-ə yaxın dövlətin ədliyyə orqanlarına müraciət göndərilib

9574

Erməni cinayətləri barədə 70-ə yaxın dövlətin ədliyyə orqanlarına müraciət göndərilib.

Ermənilərin insanlıq əleyhinə törətdiyi əməllər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün 70-ə yaxın dövlətin ədliyyə orqanlarına, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.  

Bizim.Media-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov bildirib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin təbliği üçün Ədliyyə Nazirliyinin saytında 3 dildə fəaliyyət göstərən “Qarabağ Azərbaycan” elektron platforması yaradılıb. 

İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə ilə bağlı dövlət başçısının tapşırığına əsasən Ədliyyə nazirliyi tərəfindən aidiyyəti məsul şəxslər tərəfindən qərargah yaradılıb.

Ermənilərin insanlıq əleyhinə cinayətləri, xüsusilə iqtisadi və qeyri-qanuni fəaliyyətləri, ədliyyə və məhkəmə infrastrukturuna dəyən ziyanın hesablanması tapşırılıb.

12 noyabrda Qarabağ regional ədliyyə idarəsi təsis olunub.

Vətəndaşların ədliyyə institutlarına əlçatanlaığı üçün yaradılan idarə artıq fəaliyyətə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin