“Dağıstan sakinləri və Rusiya Federasiyasının digər vətəndaşları uşaqlarının həyatını xilas etmək üçün Rusiyada səfərbərliyə qarşı mübarizəni davam etdirməlidirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski müraciətində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna ABŞ-dan hava hücumundan müdafiə sistemləri aldı - Zelenski açıqladı
“Biz görürük ki, insanlar, xüsusən Dağıstanda həyatları üçün mübarizə aparmağa başlayıblar. Başa düşürlər ki, bu, həyatla bağlı sualdır. Nə üçün onların qardaşları, oğulları bu müharibədə həlak olmalıdır? Bir adamın istədiyi müharibədə. O, öz övladlarını müharibəyə göndərmir. Övladlarınızın ölümə göndərilməməsini təmin etmək üçün mübarizə aparın", deyə Zelenski qeyd edib.
O, həmçinin vurğulayıb ki, mitinq iştirakçıları Ukrayna ərazisinə gəlmək qərarına gəlsələr, sağ-salamat buraxılmayacaqlar.
Bizim.Media