Türkiyənin Qabondakı səfiri Nilufər Erdem Kayğısız nigeriyalı dəniz quldurları tərəfindən hücuma məruz qalmış “Mozart” gəmisində olub.
Bizim.Media-ya Türkiyə mətbuatına istinadla xəbər verir ki, xanım səfir gəmidə qalan heyətilə görüşüb.
MÖVZU İLƏ BAĞLI:
Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi-azərbaycanlı öldürüldü, 15 nəfər qaçırıldı
Gəminin Qabonun Gentil limanında lövbər saldığı bildirilib.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə 15 nəfər girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.
Bizim.Media