“TikTok”da 60 nəfəri aldadan qadınla bağlı ARAŞDIRMA başladı - VİDEO

Hazırda oxunan: “TikTok”da 60 nəfəri aldadan qadınla bağlı ARAŞDIRMA başladı - VİDEO

95606

Sosial şəbəkələrdə dələduzluq edən qadın peyda olub.

Bizim.Media “unikal”a istinadən xəbər verir ki, Qasımova Vüsalə Rizvan qızı “TikTok” sosial şəbəkəsində insanlara lotereya oynamağı təklif edib.

O, həmin şəxslərin hər birindən 200 manat alsa da, vəd etdiyi pulu ödəməyib. Həmin qadının 60 nəfərə yaxın şəxsin pulunu aldıqdan sonra sosial şəbəkə hesablarını bağladığı, nömrəsini isə dəyişdiyi bildirilir.

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən qadınla bağlı araşdırmalara başlayıb.

Bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin