Bədəni yara tökən uşaqlar yenidən dispanserə YERLƏŞDİRİLDİ - TƏBİB

Hazırda oxunan: Bədəni yara tökən uşaqlar yenidən dispanserə YERLƏŞDİRİLDİ - TƏBİB

95584

Bədəni yara tökən uşaqların 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserdən müalicə edilmədən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına geri qaytarıldığını xəbər vermişdik. Ötən gün məsələni ictimailəşdirən Birlik rəhbəri Kəmalə Ağazadə sığınacağa sözügedən dispanserdən mütəxəssis göndərilməsini və uşaqların yenidən müalicə edilməsini tələb etmişdi.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova bildirib ki, qurumun təşəbbüsü ilə Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi dezinfeksiya edilib:
 

MÖVZU İLƏ BAĞLI:

Bədəni yara tökən uşaqlar müalicə edilmədən sığınacağa qaytarıldı – İDDİA - FOTO/VİDEO  


“Adıçəkilən sığınacağa yeni daxil olan uşaqlar 19.09.2022-ci il tarixində 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər. Analizlərə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub. Uşaqların müvafiq müalicələri aparılıb və yenidən analizlər götürülüb. Analizlərin nəticəsinə görə qoturluq aşkarlanmayıb və bu səbəbdən də onlar baxıcılarının müşayiəti ilə sığınacağa qaytarılıb.

Bununla belə, ötən gün TƏBİB tərəfindən sığınacağa həkim briqadası göndərilib, psixiatrik-nevroloji problemi olan uşaqlar nevropatoloq tərəfindən müayinə olunub. Eyni zamanda uşaqlarda qeydə alınan qaşıntı ilə bağlı da həkim müayinəsi aparılıb, qoturluq inkar olunub, dermatit aşkar edilib. Dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir”.
 

Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bədəni yara basan uşaqların 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserindən müalicə edilmədən sığınacağa geri qaytarıldığından şikayətlənmişdi.


Onun sözlərinə görə evdən sığınacağa yeni gələn uşaqlarda qotura bənzər səpkilər görüb və müalicə üçün 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserə müraciət edib. İddiasına görə uşaqlar dispanserə aparılarkən səpki uşaqların təkcə əllərində olub, amma göndəriləndə bədənlərinə yayıldığını sezib.  

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin