Bakıda 178 min manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU  

Hazırda oxunan: Bakıda 178 min manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU  

95471

Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərid Abdinova hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. 

Qeyd edək ki, F.Abdinov vətəndaşlar - Ü.Əsədova, K.İsmayılova və E.Eynullayevə qarşı külli miqdarda dələduzluq edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 
İstintaqla müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin