“Son 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır.
Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.
S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərildiyini qeyd edib.
Bizim.Media