Qadağan olunmuş polietilen torba satanlar 5 il HƏBS CƏZASI ala bilərlər – Hüquqşünas “nəzarət yoxdur” deyir

Hazırda oxunan: Qadağan olunmuş polietilen torba satanlar 5 il HƏBS CƏZASI ala bilərlər – Hüquqşünas “nəzarət yoxdur” deyir

95377

26 Noyabr 2020-ci ildən etibarən ölkə ərazisində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub. 

Üstündən 2 il keçməsinə baxmayaraq alış-veriş mərkəzləri, o cümlədən də super-marketlərdə qanun kobud şəkildə pozulmaqdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Polietilen torba və plastik qablar nə ilə əvəzlənəcək? - AÇIQLAMA  


Demək olar ki, bütün marketlərin vitirinlərində birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq satışına rastlanır. Həmçinin bir çox məhsullar qalınlığı 15 mikrondan az olan polietilen torbalarda alıcılara təqdim olunmaqdadır.

Sosioloq Elçin Bayramlı deyir ki, son illərin statistikasına görə vətəndaşların bədəni plastik kütlələrlə zənginləşməkdədir və bu yaxın on illikdə ən ciddi fəsadları ilə üzə çıxacaq:

"Alernativlər kağız paketlər və şüşə qablardır. Yeyinti məhsullarının şüşə qablarda satılması tövsiyə olunur. Məhsuların daşınması taxta yeşiklərlə həyata keçirilməlidir. Həmçinin yeni taxta və şüşə zavodları açılmalı və istehsal artırılmalıdır. Polietilen torbalardan imtina üçün parça tipli paketləmədən istifadə daha məqbuldur, lakin bu sahədə son illərdə xeyli qiymət artımı müşahidə olunmaqdadır. Misal üçün sözügedən qanun layihəsinin qəbulundan öncə parça paketlərin qiyməti 1 manat idisə, indi 2 manatdır.
 

İnsanlar ekologiyanı və sağlamlıqlarını qorumağa çağırıldığı bir vaxtda bundan süni surətdə istifadəyə çalışmaq qəbuledilməzdir. Zərərli polietilen məhsullarının gündəlik həyatımızdan çıxmamasının digər səbəbləri isə alternativlərin olmamasıdır. Yəni ilk növbədə bunlardan imtina üçün alt baza təmin olunmalıdır".


Həkim Rasif Bağırovun fikrincə isə Polietilen paketlərin və qanunla qadağan olunmuş plastik məhsulların istifadəsindən imtina etmək yalnız ekoloji cəhətdən savadlı istehlakçının formalaşması əsasında həyata keçirilə bilər  və polietilen paketlərdən imtina  üçün uzunmüddətli maarifləndirmə kampaniyası təşkil olunmalıdır:

"Bir plastik qabın təbiətdə əriyərək yox olması üçün 450-500 il vaxt lazımdır. Plastik məhsullar torpaq və su ilə yanaşı insan orqanizminə də zərər vurur. Qalınlığı 15 mikrondan az olan polietilen torbalardakı zərərli maddələr 1-2 saat müddətində oradakı qida məhsulu ilə reaksiyaya girir. Məhsulla qidalanan insanın orqanizmində isə modifikasiyaya uğrayaraq zamanla “xərçəng” və bəzi ağciyər xəstəliklərinin yaranmasına səbəb olur".

Hüquqşünas Əsabəli Mustafayev isə bidirib ki, dünyanın 50-dən çox ölkəsində plastik məhsulların istifadəsi qanunla qadağan olunub.

Bizdə qadağan olunmuş plastik və polietilen məhsulların hələ də satışdan çıxmaması nəzarət və tələbin zəif olması ilə bağlıdır: 

“Əgər qanunla qadağan olunmuş məhsulların kütləvi satışı həyata keçirilirsə, bu halda həmin sahibkar qanunla cinayət məsuliyyətinə cəlb edilməlidir. Belə məhsulların istehsalını həyata keçirənlər qanunsuz sahibkar sayılır və buna görə də 5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. Maddədən aslı olaraq əgər bu sahibkar hüquqi şəxsdirsə 50 000 manat, fiziki şəxsdirsə 5000 manat civarında cərimə oluna bilər".

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin