Bizim.Media xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinə həsr etdiyi “Dəmir Yumruq” kitabı çapdan çıxıb. Bu müəllifin Dağlıq Qarabağ mövzusuna həsr etdiyi 3-cü kitabıdır.
Kitabda müharibənin başlanması səbəbləri, müharibə günlərində aparılan danışıqlar və bunların nəticələri, o cümlədən böyük dövlətlərin (Türkiyə, Rusiya, İran və Fransa) prosesə təsiri analiz edilib. Kitabda 10 noyabrda baş verən 3 hadisə də araşdırılıb.
Həmin gün Rusiyanın təşəbbüsü ilə bəyanat imazalandı, Naxçıvanla sərhəddə helikopter vuruldu və Bakını hədəf alan raket zərərsizləşdirildi.
Kİtabda bu 3 hadisə arasında əlaqə araşdırılır. Və ya müharibə günlərində ABŞ səfirliyinin Bakıda terror xəbərdarlığı nəyə əsaslanırdı? Digər sual: Rəsmi Bakı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsindən imtina edə bilərdimi və imtina edərdisə hansı nəticə ilə üzləşərdi? Müəllif kitabda bu və digər suallara da cavab tapmağa çalışıb.
Elxan Şahinoğlunun “Dəmir Yumruq” kitabını “Elmlər Akademiyası” metrostansiyası ilə üzbəüz “Libraff” kitab mağazasında (Hüseyn Cavid parkının yanı) əldə etmək mümkündür. Kitab pulsuzdur. İstənilən oxucu “Dəmir Yumruq” kitabını mağazaya yaxınlaşıb heç bir ödəmə etmədən götürə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:06 / 24.01.2021
“Dəmir yumruq” kitabı çapdan çıxdı
Hazırda oxunan: “Dəmir yumruq” kitabı çapdan çıxdı
Hazırda oxunan: “Dəmir yumruq” kitabı çapdan çıxdı
9537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.