Vətən müharibəsində şəhid olan baş leytenant Ağayev Elçin Zakir oğlunun üçüncü qız övladı dünyaya gəlib. Bu gün xəstəxanadan evə buraxılan körpəyə Şuşa adı verilib.
Şəhid yaxınlarının verdiyi məlumata görə, Elçin Şuşanın azadlığında iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib. Buna görə də onun yeni doğulan övladına Şuşa adı verilib.
Qeyd edək ki, 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev Heydər Əliyev adına Ali Hərbi Məktəbi başa vuraraq, öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.
Zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. (Qafqazinfo)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:06 / 24.01.2021
Şəhidimizin yeni doğulan övladına “Şuşa” adı qoyuldu
Hazırda oxunan: Şəhidimizin yeni doğulan övladına “Şuşa” adı qoyuldu
Hazırda oxunan: Şəhidimizin yeni doğulan övladına “Şuşa” adı qoyuldu
9533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.