Azərbaycan daha bir konvensiyaya Ermənistana münasibətdə qeyd-şərtlə qoşulur.
Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.
Sənədi komitə sədri Əli Hüseynli təqdim edib.
O bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə (konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər) qoşulur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:55 / 22.09.2022
Azərbaycan daha bir konvensiyaya qoşulur – Uşağa görə alimentin tutulması
Hazırda oxunan: Azərbaycan daha bir konvensiyaya qoşulur – Uşağa görə alimentin tutulması
Hazırda oxunan: Azərbaycan daha bir konvensiyaya qoşulur – Uşağa görə alimentin tutulması
95299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.